BMT-nin hesabatı: Qafqaz və Mərkəzi Asiyada qadın və uşaqların həyat səviyyəsi artmaqdadır -

BMT-nin hesabatı: Qafqaz və Mərkəzi Asiyada qadın və uşaqların həyat səviyyəsi artmaqdadır

Almatı, 1 iyul –BMT-nin hesabatına görə, Qafqaz və Mərkəzi Asiya ölkələri Minilliyin İnkişaf Məsələlərinə nail olmaq yolunda irəliləyişlər əldə edirlər.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən bu gün Cenevrədə təqdim edilən Minilliyin İnkişaf Məqsədləri Hesabatı 2013-də Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistanın daxil olduğu Qafqaz və Mərkəzi Asiya regionu üçün müsbət nəticələr əks olunub.

Çoxlu sayda alt hədəflərdən ibarət olan səkkiz Minilliyin İnkişaf Məqsədləri yoxsulluq, aclıq, səhiyyə, gender bərabərliyi, təhsil və ətraf mühit məsələlərini əhatə edir və 2000-ci ildə keçirilən BMT-nin Minilliyin Sammitində bütün dövlət tərəfindən qəbul edilmişdir.

Hesabatda qeyd olunduğu kimi Qafqaz və Mərkəzi Asiya regionu 2015-ci ilə qədər aclığı yarıya qədər azaltmaq məqsədinə demək olar ki, çatmışdır. 1990-1992-ci illərdə düzgün qidalanmamadan əziyyət çəkən əhali göstəricisi 13.9 faiz idisə, 2010-2012-ci illərdə bu göstərici 7.4 faizə qədər azaldı. Regionda düzgün qidalanmamadan əziyyət çəkən uşaqların nisbəti yarıya qədər azaldıldı. Beş yaşına çatmamış və çəki azlığından əziyyət çəkən uşaqların göstəricisi 1990 və 2011-ci illər arasında 14 faizdən 4 faizə qədər azaldı.

Qadınlar və uşaqların rifahı naminə böyük irəliləyişlər
Hesabatda deyilir ki, region gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasını təbliğ etməkdə davam edir və ibtidai və orta təhsil sahələrində oğlanlar və qızlar arasında bərabərliyə nail olmuşdur. Qızların və oğlanların ibtidai və orta məktəblərə yazılma nisbətləri uyğun olaraq 0.98 və 0.97 faiz olmuşdur və bu da qəbul edilmiş bərabərlik göstəricilərinə uyğundur. Ali və digər təhsil səviyyələrində isə qadınlar kişilərdən üstündürlər.

Regionda maaşlı işlə təmin olunmaq sahəsində də qadın və kişilərin sayı arasında demək olar ki, bərabərlik əldə edilmişdir. Belə ki, 2011-ci ildə qeyri- kənd təsərrüfatı sahəsində hər 100 maaşlı iş yerinin 44-də qadınlar işləmişdir. Hesabata görə regionlardakı qadınlar siyasətdə də getdikcə daha çox güc əldə edirlər. Qadınların tək və aşağı palatalarda təmsil olunma nisbətləri 2000-ci ildəki 7 faizdən 2013-cü ildə 18 faizə qədər artmışdır.

Region eyni zamanda inkişaf etməkdə olan regionlar arasında ana ölümü hallarının sayına görə ən aşağı göstəricələrə malikdir. Belə ki, 2010-cu ildə hər 100000 doğuşa 46 ölüm hadisəsi olmuşdur. 2011-ci ildə anaların demək olar ki, hamısına – 97 faizinə doğuş zamanı təcrübəli həkimlər tərəfindən yardım edilmişdir.

Qafqaz və Mərkəzi Asiya region 1990 və 2011-ci illər arasında uşaq ölümü hallarını 45 faizə qədər azaltmışdır. Beş yaşına çatmamış uşaqlar arasında 1990-ci ildə hər 1000 doğulan uşaqdan 76-ı ölürdüsə, 2011-ci ildə bu göstərici 46-a qədər azalmışdır. Lakin hesabatda qeyd edilir ki, MİM-lərdə qeyd edilən 2015-ci ilə qədər uşaq ölümü hallarının üçdə iki dəfə azaltmağa nail olmaq üçün görüləsi çox iş vardır.

İnfeksion xəstəliklər, su və sanitariya sahələrində qarışıq nəticələr
Hesabata görə keçən on il ərzində Qafqaz və Mərkəzi Asiya regionunda vərəmə tutulma halları nəzərəçarpacaq dərəcədə azalmışdır. 1990-1999-cu illərdə hər 100000 insan arasında 132-dən 324-ə qədər artan göstərici 2011-ci ildə kəsin şəkildə azalaraq 116 olmuşdur.

Mənfi göstərici isə 2001-2011-ci illər ərzində İİV-ə yoluxanların sayının iki dəfə artmasıdır. Belə ki, hər 100 15-49 yaşlı əhali arasında bu göstərici 0.03-dən 0.06-a qədər yüksəlmişdir. Qeyd edək ki, digər inkişaf etməkdə olan regionlarda bu göstərici azalmışdır. Hesablamalara görə 2011-ci ildə bu regionda 27000 insan ilk dəfə olaraq İİV xəstəliyinə yoluxmuşdur.

Dünyanın hər yerində MİM-lərin içməli suya dair olan hədəflərinə son tarixə beş il qalmış çatılmışdır. Daha yaxşı içməli su ehtiyatlarından istifadə edən insanların sayı Qafqaz və Mərkəzi Asiya regionundan başqa bütü regionlarda artmışdır. Belə ki, bu regionda 1990-ci ildə bu göstərici 89 faiz idisə 2011-ci ildə azalaraq 86 faiz olmuşdur.

Müsbət göstəricilərdən biri də regionda ilkin sanitariya xidmətlərindən məhrum olan insanların sayının yarıya qədər azaldılmasıdır. 1990-ci ildə ayaqyolu yaxud ayaqyolu quyusu kimi təkmilləşdirilmiş sanitariya xidmətlərindən istifadə edən insanların sayı 91 faiz idisə, 2011-ci ildə bu göstərici 96 faizə qədər artmışdır.

İnkişaf etməkdə olan regionlar arasında Qafqaz və Mərkəzi Asiya regionunda qorunan torpaq ehtiyatlarının nisbətində ən az irəliləyiş müşahidə edilmişdir. Belə ki, 1990-cı ildə 2.8 faiz olan bu göstərici 2012-ci ildə 3.6 faiz olmuşdur. Qorunan torpaqlar dedikdə bioloji müxtəlifliklər və təbii ehtiyatların qorunduğu ərazilər nəzərdə tutulur və ətraf mühitin davamlılığının göstəricisi hesab edilir.

Minilliyin İnkişaf Məqsədləri Hesabatı MİM-lərə çatmaq yolunda regional və qlobal səviyyədə irəliləyişləri qiymətləndirən illik hesabatdır. Bu hesabatda 27 BMT və digər beynəlxalq agentliklər tərəfindən toplanan hər tərəfli və son məlumatlardan istifadə edilmişdir və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti tərəfindən hazırlanmışdır. Hesabatın hazırlanması üçün istifadə edilən məlumatların cəmini aşağıdakı keçid vasitəsi ilə əldə edə bilərsiniz: mdgs.un.org.

Daha ətraflı məlumat, mətbuat üçün məlumat və agentlik daxili media siyahısı üçün aşağıdakı keçiddən istifadə edin:
www.un.org/millenniumgoals.

 

 

 

Cenevrə, 1 iyul –Bəzi Minilliyin İnkişaf Məqsədlərinə artıq çatılmışdır və daha çox hədəflər 2015-ci ilə qədər əldə ediləcəkdir. Bununla belə, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Ban Ki-mun tərəfindən təqdim edilən yeni hesabata görə digər məqsədlərin də həllinə təcili sürətdə çalışmaq lazımdır.

Hərtərəfli rəsmi statistikaya görə Minilliyin İnkişaf Məqsədləri Hesabatı 2013 yerli hökumət, beynəlxalq ictimaiyyət, vətəndaş cəmiyyəti və özəl sektorun birgə fəaliyyəti MİM-lərə çatmağı reallığa çevirir.

“Minilliyin İnkişaf Məqsədləri tarixdə yoxsulluğa qarşı ən uğurlu qlobal addım olmuşdur”, cənab Ban demişdir. “MİM-lər qlobal inkişaf məqsədlərinə diqqət ayrıldığı təqdirdə böyük dəyişikliyə səbəb olacağını sübut etmişdir.” Səkkiz məqsəd 2000-ci ildə BMT-nin Minilliyin Sammitində bütün ölkələr tərəfindən qəbul edilmişdir.

Yoxsulluğu azaltmaq, içməli sudan istifadə imkanlarını genişləndirmək, gecəqondularda yaşayanların həyat şəraitini yaxşılaşdırmaq və ibtidai məktəblərdə gender bərabərliyinə nail olmaqla milyonlarla insanın həyatında müsbət dəyişiklər əldə edilmişdir. Hesabatda qeyd edildiyi kimi digər sahələrdə də əldə edilən irəliləyişlər 2015-ci ilə qədər başqa MİM hədəflərinə çatmağa kömək edəcəkdir.

Milyonlarla xilas edilmiş həyat
Hesabata görə səhiyyə sahəsində böyük uğurlar əldə edilmişdir. 2000 və 2010-cu illər arasında malyariyadan ölən insanların sayı dünyada 25 faiz azalmışdır və təxminən 1.1 milyon ölüm hallarının qarşısı alınmışdır. Vərəm nəticəsində ölüm halları qlobal səviyyədə və bəzi regionlarda 1990-cı ildəki ilə müqayisədə 2015-ci ilə qədər yarıya qədər azaldıla bilər. 1995-2011-ci illər arasında toplam 51 milyon vərəm xəstəsi uğurla müalicə edilmişdir və 20 milyon insan həyatı xilas edilmişdir.

Hesabatda qeyd edilir ki, İİV infeksiyasına yoluxanların sayı azalır, belə ki, 2011-ci ildə təxminən 34 milyon insan bu infeksiya ilə yaşayırdı. 2011-ci ilin sonunda inkişaf etməkdə olan regionlarda 8 milyon insan İİV və QİÇS-ə qarşı antiretroviral müalicə alırdılar. Hesabata görə, bu tendensiya davam etdirildiyi təqdirdə antiretroviral müalicəyə universal çıxışın təmin edilməsinə dair MİM-ə 2015-ci ilə qədər çatılması mümkündür.

Hesabata görə, 2015-ci ilə qədər aclıqdan əziyyət çəkən insanların sayını yarıya qədər azaltmaq məqsədinə də çatılmaqdadır. Düzgün qidalanmayan insanların nisbəti bütün dünyada 1990-1992-ci illərdəki 23 faizlik göstəricidən 2010-2012-ci illərdə 15 faizə qədər azalmışdır.

Daha aktiv fəaliyyətə ehtiyac var
Bütün dünyada beş yaşına çatmamış uşaqlar arasında ölüm halları 41 faiz azalmışdır – 1990-cı ildə hər 1000 doğuşa 87 ölüm idisə, 2011-ci ildə bu göstərici 51 olmuşdur. Bu da gün ərzində 14000 daha az uşaq ölümü deməkdir. Uşaq ölümü hallarının ən yoxsul regionlarda, doğuşdan sonrakı ilk ay ərzində müşahidə edilməsi getdikcə artır.

Qlobal səviyyədə son iyirmi ildə ana ölümü halları 47 faiz azalmışdır. 1990-ci ildə hər 100000 doğuşa 400 ana ölümü halı baş verirdisə, 2010-cu ildə bu göstərici 210 olmuşdur. Hesabatda qeyd edilir ki, ölüm hallarını üçdə bir qədər azaltmağa dair MİM-ə çatmaq üçün daha aktiv fəaliyyət və qadınlar və uşaqlar üçün daha güclü siyasi himayəyə ehtiyac vardır.

2000-2011-ci illər arasında məktəbə getməyən uşaqların sayı demək olar ki, yarıya qədər – 102 milyondan 57 milyona qədər azaldı. Lakin hesabatda hədə də çox sayda uşaqların universal ibtidai təhsilə sahib olmaq hüquqlarından istifadə edə bilməməsi qeyd edilir. 1990 və 2011-ci illər arasında 1.9 milyard insan tualet quyuları, unitazlar və digər təkmilləşdirilmiş sanitariya xidmətlərindəm istifadəyə başlamışlar. Lakin 2.5 milyard insan hələ də bu xidmətlərdən istifadə imkanından məhrumdur. Hesabatda həmçinin planetimizdə təbii sərvətlərin kəskin azaldığı və meşələr, bitki növləri və balıq ehtiyatlarının azalması iqlim dəyişikliklərinin təsirləri hiss olunduğu qeyd edilir.

Qeyri-bərabər inkişaf
Hesabatda qlobal diqqətin qeyri-bərabərliyə yönləndirilməsi məsləhət görülür. Səkkiz MİM-ə çatmaq istiqamətində irəliləyiş qeyri-bərabər olmuşdur – bu təkcə regionlar və ölkələr arasında deyil, eyni zamanda ölkələr daxilində müxtəlif əhali təbəqələri arasında müşahidə edilir. Yoxsul şəraitdə yaxud kənd yerlərində yaşayan insanlar hələ də ədalətsizliklərlə üzləşirlər. 2011-ci ildə kənd yerlərində doğuşların sadəcə 53 faizində ixtisaslaşmış həkimlər iştirak etmişdir. Bu göstərici şəhərlərdə 84 faiz olmuşdur. Təkmilləşdirilmiş su ehtiyatından istifadə imkanı olmayan əhalinin 83 faizi kənd icmalarında yaşayır.

Humanitar yardım üçün ayrılan pullar ən yoxsul ölkələrə gedir
Humanitar yardım üçün ayrılan pulun azaldılması Məqsədlərə çatmağa təsir etsə də, ən yoxsul ölkələr daha kəskin təsirə məruz qalır. 2012-ci ildə inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 126 milyard dollar yardım etmişdir. Bu 2011-ci illə müqayisədə 4 faiz, 2010-cu illə müqayisədə isə 6 faiz daha az göstəricidir. Bu azalma ən az inkişaf etmiş ölkələrə daha çox təsir göstərmişdir. 2012-ci ildə bu ölkələrə ikitərəfli rəsmi inkişaf yardımı 13 faiz azalmışdır, yəni 26 milyard dollar olmuşdur. Lakin hesabatda qeyd edilir ki, daha az borcun olması və daha təkmilləşdirilmiş ticarətə çıxış inkişaf etməkdə olan ölkələrə müsbət təsir göstərir.

MİM-lər 2015-ci ildən sonrakı inkişaf gündəliyi
Birləşmiş Millətlər Təşkilatı hökumətlər, vətəndaş cəmiyyəti və digər tərəfdaşlarla işləyərək MİM-lərın uğurunu davam etdirmək və MİM-lər üçün son tarix olan 2015-ci ildən sonrakı dövr üçün yüksək məqsədli, eyni zamanda realist fəaliyyət planı hazırlayır. Hesabata görə MİM-lərin uğurla yekunlaşdırılması onlardan sonra gələcək inkişaf gündəliyi üçün uğurlu bünövrə olacaq və davamlı inkişaf üçün MİM-lərin verdiyi təcrübə önəmli olacaq.

“Sürətləndirilmiş fəaliyyət ilə dünya MİM-lərə nail ola və 2015-ci ildən sonrakı inkişaf gündəliyi üçün önəmli addımlar ata bilər,” deyə cənab Ban bildirmişdir. “Hər kəs üçün daha ədalətli, təhlükəsiz və davamlı gələcək qurmaq üçün gördüyümüz işləri sürətləndirmək vaxtıdır.”

Minilliyin İnkişaf Məqsədləri Hesabatı MİM-lərə çatmaq yolunda regional və qlobal səviyyədə irəliləyişləri qiymətləndirən illik hesabatdır. Bu hesabatda 27 BMT və digər beynəlxalq agentliklər tərəfindən toplanan hər tərəfli və son məlumatlardan istifadə edilmişdir və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti tərəfindən hazırlanmışdır. Hesabatın hazırlanması üçün istifadə edilən məlumatların cəmini aşağıdakı keçid vasitəsi ilə əldə edə bilərsiz: mdgs.un.org.

Daha ətraflı məlumat, mətbuat üçün məlumat və agentlik daxili media siyahısı üçün aşağıdakı keçiddən istifadə edin:
www.un.org/millenniumgoals.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !