Asim Mollazadə ABŞ-ın altı nüfuzlu konqresmeni ilə görüşdü -

Asim Mollazadə ABŞ-ın altı nüfuzlu konqresmeni ilə görüşdü

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın İllinoys ştatından olan konqresmen Dani Deyvislə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Konqresmen D.Deyvis Azərbaycanın etibarlı müttəfiq imicini doğrultduğunu qeyd edib, ölkələrimiz arasında enerji və terrorçuluğa qarşı mübarizə sahəsində fəal əməkdaşlığı müsbət qiymətləndirib. O, Azərbaycanın yerləşdiyi, həssas münasibətlərin mövcud olduğu regionda İsraillə pozitiv münasibətlər qurmasının ABŞ-da yüksək qiymətləndirildiyini bildirib.
Asim Mollazadə ABŞ-ın İndiana ştatından olan konqresmen Lyuk Messerlə də görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, regionumuzdakı vəziyyət, münaqişələrin həlli perspektivləri, enerji təhlükəsizliyi və terrorizmə qarşı mübarizə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Konqresmen L. Messer ABŞ-la Azərbaycan arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafından məmnunluğunu dilə gətirib. O, bu kimi qarşılıqlı səfərlərin münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini qeyd edib.

DİP sədri həmçinin Nyu Cersidən olan respublikaçı konqresmen Leonard Lance, Hyustondan olan respublikaçı konqresmen Ted Poe, Nyu Yorkdan olan demokrat konqresmen Gregory Meeks və Massaçusettsdən olan demokrat konqresmen Bill Keatinglə də görüşüb. Bu görüşlərdə də ABŞ-Azərbaycan münasibətləri, ölkəmizdəki və regionumuzdakı ictimai-siyasi vəziyyət, konfliktlər, enerji təhlükəsizliyi və terrorizmlə mübarizə məsələləri əsas müzakirə mövzuları olub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !