NDU TGT-nin sədrinin kitabı çap olunub -

NDU TGT-nin sədrinin kitabı çap olunub

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müavini Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri (NDU TGT) Arzu Abdullayevin “Tarix Yaradan Şəxsiyyətlər Səlnaməsi” adlı kitabı işıq üzü görmüşdür.
Arzu Abdullayev “Tarix Yaradan Şəxsiyyətlər Səlnaməsi” kitabında tarixin müəyyən dövrlərində müxtəlif tarixi proseslərə təsir etmək imkanına malik olan Makedoniyalı İsgəndər, Çingiz Xan, Ağa Məhəmməd şah Qacar, Otto fon Bismark, Uinston Çörçil, Marqaret Tetçer və Bənazir Bhutto kimi tarixi şəxsiyyətlərin çoxcəhətli fəaliyyətini işıqlandırmışdır.
Qeyd edək ki, kitabın elmi redaktoru, Naxçıvan Dövlət Universitetinin Elmi katibi, tarix üzrə fəlsəfə elmləri doktoru, dosent Elçin Zamanovdur.
Nəzərinizə çatdıraq ki, kitab bu sahədə tədqiqat aparan araşdırmaçılar, tələbələr və müəllimlər üçün nəzərdə tutulmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !