Emin Sadıxovun sərgisi - FOTO

Emin Sadıxovun sərgisi FOTO

Bakı Kreativ Mərkəzi Sizi Emin Sadıqovun “Kölgələr” adlı ilk fərdi foto sərgisinə dəvət edir. Ekspiozisiyanın açılış mərasimi aprelin 26 – da saat 19- 00 – da olacaq.

Sərgidə müəllifin özünə məxsus fotoqrafika texnikasından, yəni minimum rəngdən istifadə etdiyi 100 - ə yaxın foto şəkil nümayiş etdiriləcək. Müəllif sənaye və memarlıq mənzərələri janrında uğurla işləyir. Ekspozisiya bir neçə ay ərzində hazırlanmışdır.

Müəllif Azərbaycan rayonlarında maraqlı yerlərin və guşələrin, tərk edilmiş liman və tərsanələrdə köhnə gəmilərin əbədi dayandığı məkanlarda dokları və d. mənzərələri obyektivə almışdır. Onu şəhərimizin tarixi və memarlığı çox cəlb edir. Emin öz işlərində zamanı bir anlığa dayandırmağı və tarixin qalıqlarını insanların yaddaşında saxlamağı çalışır. İndi zamanı dayandrımaq və gənc nəslə maraqlı və vacib olanları aşılamaq aktual məsələlərdən biridir.

Müasir incəsənətdə və həvəskar fotoqraflar arasında Eminin foto şəkillərinin pərəstişkarları olduqca çoxdur. Bunu da qeyd edək ki, 2014 – cü ildə Azərbaycan Fotoqraflar Asosiasiyası onun fəaliyyətini yülsək qiymətləndirmiş və üzvlüyə qəbul etmişdir. Emin Sadiqov öz fotoqrafiya məktəbini açmaq, bu sənətin parlaq və maqlı üsüullarını gənc nəslə oyrətmək niyyətindədir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !