Azərbaycanİdarəçilik Akademiyasının doktorantının məqaləsi nüfuzlu beynəlxalq məcmuədə

Azərbaycanİdarəçilik Akademiyasının doktorantının məqaləsi nüfuzlu beynəlxalq məcmuədə

Azərbaycan İdarəçilik Akademiyasının doktorantı Urxan Seyidovun nüfuzlu Harvard beynəlxalq məcmuəsində (HR Harvard International Review) “iPhone democracy”(iPhone demokratiyası) adlı məqaləsi dərc olunub. (http://hir.harvard.edu/archives/7012)
Müəllif dünyada demokratik proseslərin inkişafını istiqamətləndirən amillərdən söz açıb, demokratiyanın digər idarəçilik formaları ilə müqayisədə təhlilini verib, siyasi və iqtisadi amillərin demokratiyanın genişlənməsində bu və ya digər cəhətdən oynadığı rolu və müasir geopolitik vəziyyətdə iqtisadiyyatın siyasətə, dolayısı ilə demokratiyaya təsirini ustalıqla qələmə alıb. Bu nüfuzlu elmi məcmuədə Urxan Seyidov ilk azərbaycanlı araşdırmaçı kimi məqalə dərc etdirib.
Qeyd edək ki, Harvard beynəlxalq məcmuəsində (HR Harvard International Review) beynəlxalq münasibətlər üzrə mövzular geniş müzakirəedilir. Bu məcmuə xəbərlər, şərhlər və təhlil mənbəyidir, əsasən ciddi, akademik müzakirələr üçün forum kimi xidmət göstərərək nəzəriyyəyə müraciət, tarixi tendensiyaların təhliledilməsi ilə fərqlənir.
Xatırldaq ki, Azərbaycanlı araşdırmaçı, doktorant Urxan Seyidov siyasi və beynəlxalq məsələlər üzrə bir sıra elmi məqalə və yazıların müəllifidir. Onun məqalələri beynəlxalq jurnal və məcmuələrdə dərc olunub, o cümlədən Azərbaycanda geniş oxucu kütləsi qazanıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]