Şəki su elektrik stansiyasının ikinci qurğusu istifadəyə verilmişdir

Şəki su elektrik stansiyasının ikinci qurğusu istifadəyə verilmişdir

Bu gün Şəki su elektrik stansiyasının ikinci qurğusunun açılış mərasimi keçirilmişdir. Qurğunun quraşdırılması Azərbaycan Respublikası Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və BMT-nin İnkişaf Proqramının (BMTİP) “Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” adlı birgə layihəsi çərçivəsində həyata keçirilmişədir. Layihə Avropa İttifaqı və Norveç Hökuməti tərəfindən maliyyələşdirilmişdir. Tədbirdə AREA-nın sədri cənab Akim Bədəlov, Avropa İttifaqının Azərbaycandakı Missiyasının rəhbəri xanım Malena Mard, BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi cənab Antonius Bruk və Norveçin Azərbaycadakı Səfirliyinin Birinci Katibi cənab Marko Soldiç layihənin əsas tərəfdaşları qismində iştirak etmişlər. Tədbir iştirakçılarını salamlayan cənab Bədəlov layihə tərəfdaşlarına etdikləri töhfələrə görə təşəkkür etmiş və Azərbaycan Hökuməti və AREA-nın ölkədə alternativ energy mənbələrini inkişaf etdirmək istəyini vurğulamışdır. Çıxış nitqində cənab Bruk qurğunun hazırlanıb uğurla təhvil verilməsi işindən razı qaldığını və bu layihənin çoxtərəfli tərəfdaşlığa bariz nümunə olduğunu bildirmişdir. Tədbir iştirakçılarına stansiyanın Çinin “Hunan Allonvard” şirkəti tərəfindən təchiz olunması və qurğulara qısa və uzun-müddətli zəmanətin verilməsi haqqında məlumat verilmişdir. Layihə çərçivəsində stansiyanın yerli heyətinə şirkətin mütəxəssisləri tərərfindən təlimlər keçirilmişdir. Yerli icra orqanları layihənin uğurla həyata keçirilməsi üçün şərait yaratmış və kömək etmişdir. Quraşdırılmış qurğunun gücü 580 kilo-vata bərabərdir. Azərbaycan Hökuməti, ölkənin mineral sərvətlərlə zəngin olmasına baxmayaraq, təbiətə təzyiqin azaldılması fəaliyyəti üzrə qlobal çağırışa əməl və alternativ enerji mənbələrinin inkişafını dəstəklədiyini bir daha bu yolla nümayiş etdirmiş olur. “Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” layihəsinin əsas məqsədi Xəzər dənizi sahili boyunca külək enerjisindən istifadəni, quşçuluq və mal- qara sənayelərindən bioqaz istehsalı, eləcə də günəş enerjisinin cari istehsalı işinin artırılması və inkişaf etdirilməsi də daxil olmaqla, alternativ enerji mənbələrinin inkişaf etdirilməsidir. Şəkinin enerji təchizatının yaxşılaşdırması ilə yanaşı, bu qurğu vasitəsi ilə daha kiçik, ekoloji təmiz elektrik enerji istehsalı işini nəzərdən keçirmək və bunun əsasında, ölkənin digər kiçik çay və sularında layihənin tətbiqini qiymətləndirmək mümkün olacaqdır. İstifadəyə verilmişdir bu pilot su elektrik qurğusu Azərbaycanın digər bölgələrində oxşar stansiyaların tikilməsində AREA üçün yaxşı təcrübə olacaqdır. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]