Dilavər Nəcəfov : Bu qələbə Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Gimnastika Federasiyasının qələbəsidir...

Dilavər Nəcəfov : Bu qələbə Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Gimnastika Federasiyasının qələbəsidir...

 Gənclər və İdman nazirliyinin fotoqrafı Dilavər Nəcəfov İngiltərənin nüfuzlu Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan idmanı- fotokamerada” müsabiqəsinin birincisi olub.

Qeyd edək ki, Dilavər Nəcəfova qalibiyyəti Pekində keçirilmiş 29-cu Yay Olimpiya Oyunlarında gimnastımız Aliyə Qarayevanın lentlə çıxışını əks etdirən foto gətirib.

TEAS: “Dilavər Nəcəfov Azərbaycanın məşhur fotoqraflarından biridir. Uşaqlıq illərdindən foto sənətinə böyük maraq göstərən Dilavər Nəcəfov, 20 ildən artıqdır ki, Gənclər və idman naziriyində çalışır. ”

Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğatı olub. Qalib gəlmiş 70-dən artıq foto Avropanın bir sıra ölkələrində sərgilərdə nümayiş olunacaq.

İkinci yeri Fransalı fotoqraf Paul Robion, 3-cü yeri isə Azərbaycanlı fotoqraf Rufat Abbas tutub.

 

***

 

Dilavər Nəcəfov : 

Bu qələbə Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Gimnastika Federasiyasının qələbəsidir
Bu günlərdə qalibi olduğum "Azerbaijan – Sport in Focus" müsabiqəsinin qalibiyyətini mənimlə bölüşdüyünə görə ilk növbədə atama, anama, həyat yoldaşıma, Avropanın nüfuzlu təşkilatlarından olan TEAS-a, onun rəhbərliyinə, müəllimlərim Rasim və Mirnaibə, münsiflər heyənin üzvləri Agdes Bağırzadəyə, Ed Kaşiyə, Philipp Rathmerə, eləcə də bütün dostlarıma, yoldaşlarıma, qohumlarıma, tanıdıqlarım və tanımadıqlarıma, fotoqraf və jurnalist dostlarıma ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.
Nə yaxşı Siz varsız. Həmişə Sizi yanımda görməyə və Sizin də uğurlarınıza sevinməyi arzu edirəm.
O cümlədən yarışın digər qalibləri Paul Robionu və Rufat Abası da ürəkdən təbrik edirəm.
Bu qələbə Azərbaycan idmanının və fotoqrafiyasının qələbəsidir

 

 

 

AZpressAZ xəbər saytının arayışı: 

Nəcəfov Dilavər Ədalət oğlunun fotosənətinə ilk marağı hələ uşaq yaşlarından başlanmışdır. Fotodərnəkdə addımlarını atan Dilavər bu peşənin dərinliklərini müəllimləri Rasim Sadıxov və Mirnaib Həsənoğludan öyrənmiş,fəaliyyətində öz dəst-xəttini yarada bilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ölkədə və xaricdə keçirilən bütün növ idman yarışlarında iştirak edərək, Azərbaycan idmanının ən son nailiyyətlərinin fotosalnaməsinin yaradılması istiqamətində çalışmasında iştirak etməkdədir. Təcrübəli,püxtələşmiş peşəkar sənətkar 20 il ərzində fotoları və fotoreportajları ilə öz sözünü deyə bilmişdir. Onun 2008-ci il Çinin Pekin şəhərində XXIX Yay Olimpiya oyunları və digər beynəlxalq idman yarışlarından bəhs edən fotoalbomlardan ibarət irihəcmli kitabları çap olunmuşdur. D. Nəcəfovun ölkə idmanının inkişafı və təbliği sahəsində fəaliyyəti nəzərə alınaraq 2006- cı ildə dövlət tərəfindən mənzillə təmin olunmuş, 2012- ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “ Tərəqqi “ medalı ilə təltif edilmişdir. Bu yaxınlarda isə Gənclər və İdman Nazirliyinin fotomüxbiri Dilavər Nəcəfov İngiltərənin nüfuzlu Avropa Azərbaycan Cəmiyyətinin ( TEAS ) təşlilatçılığı ilə keçirilmiş “ Azərbaycan idmanı – fotokamerada “ müsabiqəsinin birincisi seçilmişdir. Aşağıda D. Nəcəfovun Avropa və dünyanın digər ölkələrində keçirilmiş beynəlxalq idman yarışlarındakı iştirakının xronologiyası təqdim olunur :

2004-cü il --- Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunları
2005-ci il --- Səudiyyə Ərəbistanının Məkkə,Mədinə,Ciddə ,Taif şəhərlərində I İslam Oyunları
2007-ci il --- Türkiyənin Trabzon şəhərində I Qaradəniz Oyunları
2008-ci il --- Çinin Pekin şəhərində XXIX Yay Olimpiya Oyunları
2008-ci il --- Yaponiyanın Tokio şəhərində Karate üzrə dünya çempionatı
2012-ci il --- İngiltərənin London şəhərində XXX Yay Olimpiya Oyunları
2014-cü il --- Rusiyanın Soçi şəhərində Qış Olimpiya Oyunları
2014-cü il --- Çinin Nankin şəhərində Yeniyetmələrin Yay Olimpiya Oyunları

 

Daha ətraflı məlumat üçün, DAXİL OL >>>

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]