Əmir Teymur FOTO

“Əmir Teymur” FOTO

H.Cavidin “Topal Teymur” dramı əsasında Mehriban Ələkbərzadənin hazırladığı tamaşa “Əmir Teymur” adı ilə tamaşaçılara təqdim olundu.
Azpress.az xəbər verir ki, H.Cavidin “Topal Teymur” beşpərdəli dramı 1925-ci ildə yazılıb, 1926-cı ildə çap olunub. Elə çap olunduğu ildə də tamaşa qoyulan dram əsəri həmişə ədəbiyyat və incəsənət xadimləri, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bu dəfə Akademik Milli Dram Teatrının kollektivi pyesə tamamilə fərqli baxım bucağından yanaşmaq, dövrlə səsləşən maraqlı səhnə əsəri yaratmaq istəyindədir. Tamaşa türk dünyasının böyük sərkərdəsi Əmir Teymurun həyatına həsr olunub.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədır. Rəqs və döyüş səhnələrini əməkdar artist Pərviz Məmmədrzayev qurub.

Quruluşçu rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Əmir Teymur rolunu Xalq artisti Nurəddin Mehdixanlıya həvalə edib. Digər rollarda xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Yıldırım Bayazid (Hikmət Rəhimov), Elçin Əhmədov (Sobutay), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın), Elgün Həmidov (Cücə) və başqaları çıxış edirlər.
Foto reportaj: Azad Bağırov 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]