BSA: - Azərbaycanda lisenziyasız proqram təminatının istifadə səviyyəsi əvvəlki kimi yüksəkdir

BSA: Azərbaycanda lisenziyasız proqram təminatının istifadə səviyyəsi əvvəlki kimi yüksəkdir

Bakı – 31 iyul 2015-ci il. “The Software Alliance” (BSA) təşkilatı 301 saylı xüsusi məruzəsini ABŞ Ticarət nümayəndəliyinin ofisinə (USTR) təqdim edib. 301 saylı xüsusi məruzə USTR tərəfindən hazırlanan və ABŞ  şirkətlərinin, həmçinin onların məhsullarının digər ölkələrdə əqli mülkiyyət hüquqları üzrə qanunlarına əsasən ticarət maneələri ilə üzləşməsi hallarının müəyyənləşdirilməsinə dair illik hesabatdır.BSA təşkilatının USTR-ə təqdim olunmuş illik məruzəsinə əsasən, Azərbaycan “Tərəddüdlü ölkələr” siyahısında qərarlaşıb. Belə ki, ölkədə lisenziyasız istifadə olunan proqram təminatı üzrə göstəricilər dünyada ən yüksək səviyyədə (85%) olanlardan biridir. 

BSA təşkilatı hesab edir ki, Azərbaycanda əqli mülkiyyət və müəllif hüquqlarının mühafiəsi ilə bağlı tədbirlərin icrası gücləndirilməlidir. Vəzifəli şəxslərin və cəmiyyətin lisenziyasız proqram təminatı istifadəsinin riskləri və ölkə iqtisadiyyatı üçün əqli mülkiyyət hüquqlarının qorunmasının vacibliyindən məlumatlı olmalarına baxmayaraq, ölkədə computer proqramları təminatının piratçılıq səviyyəsi azalmır. BSA təşkilatının üzvləri  tərəfindən satış kanallarından lisenziyasız proqram təminatının müsadirəsi ilə bağlı geniş tədbirlər həyata keçirilməsinə baxmayaraq, əqli mülkiyyət hüquqlarının mühafiəsində boşluqların olması nəticəsində bir sıra dövlət təşkilatları, iri, orta və kiçik həcmli müəssisələr hələ də lisenziyasız proqram təminatından istifadə edir. 

BSA təşkilatı Azərbaycan hökumətinə əqli mülkiyyət hüquqlarının qorunması və bu istiqamətdə tədbirlərin nizamlanması ilə bağlı müvafiq qanunların beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində addımlar atmağı tövsiyə edib. BSA təşkilatının Azərbaycan hökumətinə tövsiyələri sırasında aşağıdakılar xüsusilə vurğulanıb: 

Əqli mülkiyyət hüquqlarının qorunması üzrə qanunvericiliyin icrasını həyata keçirən dövlət orqanları və agentliklərinə (“ex officio” orqan) müvafiq səlahiyyətlərin verilməsini və lisenziyasız proqram təminatından istifadənin qarşısını almaq məqsədilə əqli mülkiyyət hüquqlarının pozulmasına görə cərimələrin artırılmasını təmin edəcək dəyişikliklərin Cinayət Prosessual və İnzibati Prosessual məcəllələrdə əks olunması;

Mülki Məcəllədə kommersiya istifadəçilərinə qarşı effektiv tədbirləri təmin etmək məqsədilə qarşı tərəfə bildiriş verilmədən tərəflərin birinin müraciəti əsasında axtarış tədbirlərinin keçirilməsini nəzərdə tutan (“ex parte” araşdırma) dəyişikliklərin edilməsi;

Dəymiş zərərin qarşılanması məqsədilə Mülki Məcəllədə, müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanuna, əqli mülkiyyətin qorunması və computer proqramları təminatının piratçılığına qarşı mübarizə  haqqında qanuna müvafiq düzəlişlərin edilməsi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !

https://www.facebook.com/wwwazpressaz
https://www.instagram.com/azpress.az/

=================================================================
=================================================================
=================================================================
 
TƏSİSÇİ və BAŞ REDAKTOR :
R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 
e-mail:  
 
WhatsApp:
https://wa.me/994503311111