Bakıda Mezkal və Tekila festivalı

Bakıda Mezkal və Tekila festivalı

Meksikanın Azərbaycandakı Səfirliyi mədəni təşviq proqramının və Meksika haqqında daha çox məlumatların yayılması naminə göstərilən səylərin bir hissəsi olaraq Maya Restoranı, “Gate 25” Restoranı, İnturist Oteli, Fairmont Oteli, Caspian Crystal və İdxal MMC-nin dəstəyi ilə 27 oktyabr-2 noyabr 2015-ci il tarixlərində ilk Mezkal Dequstasiyası Festivalı keçiriləcəyi barəsində ictimaiyyəti xəbərdar etməkdən məmnundur. Həmçinin, Səfirlik məlumat verir ki, noyabr ayının axırıncı həftəsi ilk Tekila Dequstasiyası Festivalı yer alacaqdır.


Mezkal, tekila kimi, magey və ya agava bitkilərindən alinan bir içkidir. Meksikanın altmış səkkiz yerli dilindən biri olan nauatl dilində mezkal “bişmiş magey” deməkdir. Bir qədər hisə verilmiş dadı və şirin ətri ilə mezkal aydın şəkildə tekiladan fərqlənir. Mezkal böyük taxta çəlləklərdə yeddi il müddətinə qədər saxlanılır. Bu vaxt ərzində, mezkal qızılı bir rəng əldə edir və onun dadı çəlləklərin hansı ağac növünə aid olmasından asılıdır. Saxlanılma müddətindən asılı olaraq mezkal ağ, açıq və yatünd ola bilər.

15,000 istehsalçı və 29,000 işçini əhatə edən bu sənayə vasitəsilə illik istehsal olunan iki milyon litrdən bir milyon litr mezkal içkisi Meksika tərəfindən ixrac olunaraq, əsasən Birləşmiş Ştatlar, Çili, İspaniya, Birləşmiş Krallıq və Almaniyaya göndərilir.

Meksika Səfirliyi hər kəsi, adıçəkilən tərəfdaşlarla birgə əməkdaşlıq əsasında, aşağıda qeyd olunan tarixlərdə Meksika mədəniyyətinin bu incə nümunəsini tanımağa dəvət edir.

Mezkal dequstasiyası

27 oktyabr – Fairmont Oteli
28oktyabr – Caspian Crystal
29 oktyabr- IntouristOteli
31oktyabr – Idxal MMC.
1noyabr- Gate 25 Restoranı
2 noyabr – Maya Restoranı
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]