Bakı şəhərində Velo-yürüş keçirilib.
Bu xəbəri paylaş
Təbiət Dostları GT-nın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidendi yanında QHT-lərə Dəstəyi Şurasının maliyyə dəstəyi və “Sağlam Düşüncə” Gənclər Təşkilatının tərəfdaşlığı ilə “Yolunu Paylaş” sürücülər və velosipedçilər arasında maarifləndirmə layihəsin çərçivəsində Bakı şəhərində Velo-yürüş keçirilib.
22 oktyabr 2017-ci il tarixində isə layihə çərçivəsində həvəskar velosipedçilərin iştirakı ilə Bakı şəhərində Velo-yürüş təşkil edilib. Bakı Dəniz Vağzalından start götürən və Azadlıq meydanında yekunlaşan Velo-yürüşdə Bakıdan və Sumayıtdan 70-ə yaxın həvəskar velosipedçi iştirak edib. Yürüş şəhərin mərkəzi küçələrindən və Dəniz kənarı bulvardan keçməklə 14 km-lik marşurutu əhatə edib. Yürüşdə layihənin mesajını təbliğ etmək üçün yürüş iştirakçıları “YOLUNU PAYLAŞ” şuarı əks edilmiş köynəklərlə təmin edilmişdilər. Yürüşün təhlükəsizliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən təmin olunurdu.
Layihənin məqsədi sürücülər və velosiped istifadəçiləri arasında onların hüquq və vəzifələri haqqında maarifləndirmə işi aparmaq və velosipedi nəqliyyat vasitəsi kimi təbliğ etməkdir. Layihə müddətində Bakı və Sumqayıt şəhərlərində Dövlət Yol Polis əməkdaşları ilə sürücü və velosipedçilərin görüşü təşkil ediləcək və hər iki şəhərdə velo yürüşün keçirilməyi nəzərdə tutulmuşdur. Görüşün keçirilməyində məqsəd sürücülər və velosiped istifadəçiləri arasında velosipedçilərin mərkəz yollardan istifadə qaydaları haqqında maarifləndirmə işini təşkil etmək, hər iki tərəfə hüquq və vəzifələri haqqında dolğun məlumat çatdırmaqdır.
Fotolar >> https://drive.google.com/open?id=0B3jHjFt0u22JTU80WkRhRG5FeHM