“İKT-nin inkişafında gənclərin iştirakının artırılmasına dəstək” layihəsi həyata keçirilib.
Bu xəbəri paylaş
“Azəri Yurdu” Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “İKT-nin inkişafında gənclərin iştirakının artırılmasına dəstək” layihəsini həyata keçirmişdir
Layihənin əsas məqsədi gənclərin müasir texnologiyalardan istifadəsi sahəsində bilik, bacarıqlarının artırılması və maarifləndirmə işinin gücləndirilməsınə xidmət etməkdir.
Layihə çərçivəsində noyabr ayı ərzində Fabrika Kovorkinq mərkəzində peşəkar təlimçi və ekspertlər tərəfindən 4 mövzuda təlim proqramı təşkil olunmuş və gənclərə İKT sahəsində yeni biliklər və bacarıqlar verilmişdir. Təlim proqramlarının iştirakçıları internetdən təhlükəsiz istifadə qaydaları, blog səhifələrin idarə olunması texnologiyaları (blogging), elektron biznes imkanları (e-commerce) və sosial media səhifələrin idarə olunması, sosial media marketinqi (SMM) haqqında ətraflı məlumat əldə etmişlər. Layihə çərçivəsində iştirakçılar alacaqları biliklər və bacarıqlar sayəsində informasiya kommunikasiya texnologiyaları vasitəsi ilə öz təşəbbüslərini reallaşdırmağa dəstək olunacaqdır.
Seçim prosesi nəticəsində layihəyə toplam 50 nəfər gənc cəlb olunmuş və 4 günlük təlim proqramında iştirakçılar təcrübəli İKT mütəxəsisləri tərəfindən vacib biliklər qazanmışlar. Təlim proqramlarında elektron ticarət mövzusunda Nicat Manafov, Sosial Media marketinq mövzusunda Nicat Hacızadə və Aynur Xankişiyeva, Startup ekosistemi haqqında Fərid Məhərrəmli və son olaraq bloqqerlik haqqında isə İlham Əli Yusif və Hüseyn Abdullayev təqdimat etmişlər.
Bu xəbəri paylaş








