Gülağa Tənha "Dəli eşqim"
Bu xəbəri paylaş
İfa edir əməkdar artist İlkin Əhmədov. Xeyriyyəçi - şair Gülağa Tənhanın sözlərinə yazılmış bu nəğmə Bakının tanınmış restoranlarının birində, toy şənliyində, ilk dəfə səslənərək dinləyicilərin sevgisini qazanmışdır. Həmin video çıxışı təqdim edirik.
DƏLİ EŞQİM
Dillərə söz oldun günün birində,
Nə günlərə qaldın, ay dəli eşqim.
Eynin açılmadı, üzün gülmədi,
Əzəldən qəhərli, qüssəli eşqim.
Sevgidən təmənna ummaq olarmı?–
Belə ömr eləyir ruhsuz bədənlər.
Əhdinə vəfalı olanlar azdı,
Çoxdu məhəbbətlə alver edənlər.
Hərənin öz bəxti, öz qisməti var,
Hər sevgi xoşbəxtlik açarı olmur.
Sevgi var bir ömrə qənim kəsilir,
Hər eşqin gül açan baharı olmur.
Gülağa, bu dünya düzələn deyil,
Gərək bu sevdanın daşını atam.
Sevgidən təmənna uman adama
əzəldən düşmənəm, əzəldən yadam.
GÜLAĞA TƏNHA, Oktyabr, 1999
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха