Kütləvi informasiya vasitələrinin əməkdaşları da icazə ilə işə gedəcək - - RƏSMİ

Kütləvi informasiya vasitələrinin əməkdaşları da icazə ilə işə gedəcək - RƏSMİ

Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov kütləvi informasiya vasitələrində çalışanların qeydiyyatı ilə bağlı məsələyə aydınlıq gətirib.

NK rəsmisi bununla bağlı sosial şəbəkədə ona ünvanlanan suallara cavab verib. O bildirib ki, KİV nümayəndələri də “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir.

Qeyd edək, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə fəaliyyətinə icazə verilən sahələr açıqlanıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !