Hindistanın Bakıdakı Səfirliyi Beynəlxalq Yoqa Günü 2026 ərəfəsində xüsusi yoqa sessiyası təşkil edib
Hindistanın Bakıdakı Səfirliyi qarşıdan gələn Beynəlxalq Yoqa Günü 2026 tədbirləri çərçivəsində Hindistan Evində xüsusi yoqa sessiyası təşkil edib.
AZpress.AZ xəbər verir ki, tədbirdə Azərbaycan Milli Məclisinin üzvü, müxtəlif ölkələrin səfirləri, diplomatlar, müxtəlif sahələri təmsil edən tanınmış şəxslər, Azərbaycandan olan yoqa həvəskarları və Hindistan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Sessiyaya tanınmış azərbaycanlı yoqa mütəxəssisi İradə Əliyeva rəhbərlik edib. Proqram çərçivəsində Suryanamaskar da daxil olmaqla müxtəlif yoqa asanaları, pranayama (nəfəs məşqləri) və dhyana (meditasiya) icra olunub.
İştirakçılar qarşısında çıxış edən Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar qonaqlara iştirak və dəstəyə görə təşəkkürünü bildirib. O, yoqanın fiziki, zehni və mənəvi faydalarını vurğulayaraq hər kəsi onu gündəlik həyatının bir hissəsinə çevirməyə təşviq edib. Səfir qeyd edib ki, BMT-nin 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan etməsindən sonra bu qədim ənənə bütün dünyada sürətlə populyarlaşıb.
Səfir həmçinin bütün iştirakçıları 21 iyun 2026-cı il tarixində keçiriləcək genişmiqyaslı Beynəlxalq Yoqa Günü tədbirlərinə qatılmağa dəvət edib.
Tədbir istedadlı azərbaycanlı sənətçilərin canlı performansları ilə daha da rəngarəng olub və Hindistan mətbəxinin ləziz təamlarından ibarət ziyafətlə yekunlaşıb.
Bu xüsusi yoqa sessiyası Hindistanın Bakıdakı Səfirliyinin sağlam həyat tərzinin təşviqinin və yoqanın əsrlər boyu yaşadılan ənənəsi vasitəsilə Hindistan ilə Azərbaycan arasında insanlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində davamlı səylərinin göstəricisidir.
* * *
* * *
ENG:
Embassy of India in Baku Organizes Special Yoga Session Ahead of International Day of Yoga 2026
The Embassy of India in Baku organized a special yoga session at India House in the lead up to the forthcoming International Day of Yoga 2026 celebrations.
The event brought together a distinguished gathering that included a Member of Parliament of Azerbaijan, ambassadors, diplomats, prominent people from various fields, yoga enthusiasts from Azerbaijan and representatives of Indian diaspora associations.
The session was led by renowned Azerbaijani yoga practitioner Ms. Irada Aliyeva. and featured a balanced sequence of yoga asanas, including Suryanamaskar, along with pranayama (breathing exercises) and dhyana (meditation).
Addressing the participants, Ambassador Abhay Kumar expressed his gratitude to the esteemed guests for their presence and support. He highlighted the physical, mental, and spiritual benefits of yoga and encouraged everyone to make it a part of their daily routine. Ambassador noted that since the United Nations proclaimed June 21 as the International Day of Yoga, the ancient practice has witnessed remarkable growth in popularity across the world.
He also extended a warm invitation to all attendees to participate in the grand International Day of Yoga celebrations scheduled for 21 June 2026.
The event was further enriched by live cultural performances by talented Azerbaijani artists and concluded with a delightful spread of Indian cuisine.
The special yoga session reflects the Embassy’s ongoing commitment to promoting holistic wellness and strengthening people-to-people ties between India and Azerbaijan through the timeless tradition of yoga.


