Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2025/2026-cı il mövsümü üçün Azərbaycan Premyer Liqasının formatını açıqlayıb.

Bu barədə qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Premyer Liqanın növbəti mövsümü 12 komandanın iştirakı ilə üç dövrəli sistem üzrə (33 tur) keçiriləcək.

Üçüncü turun oyunlarında meydan sahibləri püşkatma yolu ilə müəyyənləşəcək.

Cari mövsümün Əsasnaməsinə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, Birinci Liqanın üç komandası isə birbaşa yüksək liqaya vəsiqə əldə edəcək.