Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rumıniyanın Breila şəhərində gənc boksçular arasında keçirilən və Azərbaycan boksçularınin da qatıldığı ənənəvi "Drakula Open-2025" beynəlxalq turnir davam edir. Qeyd edək ki, baş məşqçi Elburus Rzayevin rəhbərliyi altında 14 boksçumuzun iştirak etdiyi bu turnirdə dünən 1/4 final mərhələsinin döyüşləri baş tutub və bununla da yarımfinalçılar müəyyənləşib. ABF-dan verilən məlumata görə, üç boksçumuz bu mərhələni uğurla başa vuraraq adlarını yarımfinala yazdırıb. Bu trioda Baqir Əmirxanli (60 kq), Valeh Eyvazlı (67 kq) və Mircəlal Mirağayev (80 kq) yer alıb. Üçlüyümuz 1/2-ə çıxmaqla ən azından turnirin bürünc medalını özlərinə təmin ediblər. Boksçularımız bu mərhələni də keçəcəyi halda onlar daha yüksək əyarlı medal qazana bilərlər.

Yeri gəlmişkən, daha iki həmyerlimiz - Rövşən Qədirov və Qalıb Əliyevsə turnirə hakim qismində qatılıb.

İNTİQAM Məmmədov