AZAL Qroznı və Mahaçqalaya uçuşları dayandırıb
“Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə uçuşları Qazaxıstanın Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması başa çatana qədər dayandırılıb.
AZAL-ın digər istiqamətlərinə uçuşlar adi qrafikə uyğun həyata keçirilir.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Arilines” şirkətinin “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər, o cümlədən 42 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub. Son məlumata görə, təyyarə qəzasında 32 nəfər sağ qalıb. 26 dekabr hadisəsi ilə bağlı Azərbaycanda matəm elan edilib.