Nihat Qasımovla Xidan Hümbətov medalın bir addımlığında
Rumıniyanın Breila şəhərində gənc boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı ənənəvi "Drakula Open" turniri davam edir. Turnirin növbəti günü, daha iki boksçumuz 1/8 finaldan mübarizəyə qatılıb və bu mərhələni uğurla başa vuraraq 1/4-ə yüksəlib. Söhbət 1/8-də ruminiyali Kristian Serbani (5:0) məğlub edən Nihat Qasımov (51 kq) və bu mərhələdə Emzar Qranxiani üstələyən Zidan Hümbətovdan (54 kq) gedir.
Bu cütlükdən Qasımov 1/4-de ukraynalı Maksim Masevskiylə, Hümbətovsa moldovali Roman Spakla döyüşəcək.
Xatırladaq ki, turnirin əvvəlki günlərində üç təmsilçimiz - Baqir Əmirxanov (60 kq), Valeh Eyvazlı (67 kq) və Mircəlal Miraqayev (80 kq) yarımfinala yüksələrək, ən azından bürünc medalı özünə təmin edib.
Turnirə fevralın 23-də həlledici final döyüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov