Azər Zahid və digər tiktokerlər həbs edilib
Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 4 “TikToker” həbs edilib.
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internetdə onlayn qumar oyunlarının təşkili maddələri ilə cinayət işi açıb.
Cinayət işi üzrə Nərimanov rayon məhkəməsinin qərarı ilə bu cinayətləri törətməkdə təqsirli bilinən Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, habelə Emin və Rəşad Abdullayev qardaşları 4 ay müddətinə həbs ediliblər.
İstintaq tədbirləri davam etdirilir.