Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xitabən.

Sizlərə üz tuturam, ay məni sevənlərim

Şairtək, müəllim kimi xətrimi istəyənlər.

Müasir bir dönəmin ən optimal yazıçısı

Ən optimal insan tək mənə dəyər verənlər.

 

Mən insana insantək dəyər verən insanam

Fərqi yoxdur mənimçün kimdir, nədir, nəçidir.

Nə milli, nə də dini ayırmalar sevmədim

Əqidəsi olanlar mənimçün sevimlidir.

 

Rədd olsun cəhənnəmə bütün həsəd çəkənlər

Çünki qara rəngdədir onların iç dünyası.

İnam, güvən, etibar, düz ilqar olan yerdə

Boşuna qısqanmağın vallah, yoxdur mənası.

 

Mən sevəndə dəlitək, saf ürəklə sevirəm,

Sevdiyim qızılgülsə, təkcə mənə məxsusdur.

Ona əl uzadanın əllərini kəsirəm,

Ona dil uzadana əmr edirəm: dayan, dur.

 

Mənə aid olan gül yalnız mənim gülümdür.

Hər hansı bir kimsəyə mənim gülüm yasaqdır.

Öz gülümə dayaq da, arxa da təkcə mənəm.

Onunsa tək sevgisi mənə arxa, dayaqdır.