Mərdəkandakı qətllə bağlı məhkəmə başlayır
Mərdəkanda 52 yaşlı Xudaverdiyev Amin Cabbar oğlunu tüfənglə qətlə yetirməkdə təqsirləndirilən Abdullazadə Ruhulla Cavanşir oğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb.
Toplanan materiallar araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi heyət tərəfindən baxılacaq.
Qeyd edək ki, avqustun 7-də saat 20:00 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğulunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilib.