Lamin Yamal "Barsada"da kimi görmək istəyir?
"Barselona" klubunun 17 yaşlı vinqeri Lamin Yamal hazırda formasını geyindiyi "göy narıncılar"ın heyətində görmək istədiyi futbolçunun adını açıqlayıb. O, açıqlamasında Camal Musiali ("Bavariya") "Barsa"da görmək istədiyini dilə gətirib.
"Yəqin siz elə düşünürsünüz ki, mən Neymarın adını çəkəcəm. Xeyir, belə deyil. Mən "Barsa"nin heyətində Camal Musiali görmək istəyirəm. Təəssüf ki, onun "Bavariya" ilə müqaviləsi hələ bitməyib" - Lamin Yamal "Barca Times"ə açıqlamasında belə deyib.
Xatırladaq ki, Lamin Yamal "Barsa"da keçirdiyi 32 oyunda 11 qola və 15 məhsuldar ötürməyə imza atıb. Onun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-ci ilin yayında başa çatacaq. "Transfermarkt" portalı Lamini 180 milyon avro dəyərləndirib.
İNTİQAM Məmmədov