Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi basketbol millimiz evdə İrlandiyayla bacarmayıb 

Fevralın 23-də kişi basketbol komandaları arasında DC-2027-nin ilkin təsnifat mərhələsinin seçmə qrup oyunları çərçivəsində sayca 6-ci olan sonuncu turun görüşləri keçirilib. Turnirin A qrupunda yer alan Azərbaycan millisi həmin gün Bakı İdman Sarayında İrlandiya komandasını qəbul edib. Qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb - 64:79 (16:21, 14:20, 19:13, 13:23). Beləliklə, bu komandaya qarşı səfərdə keçirdiyi ilk oyunda uduzan (67:91) millimiz evdə də məğlubiyyətlə üzləşib.

Bununla da, millimiz seçmə qrup oyunları çərçivəsində keçirdiyi 6 oyunun beşində məqlubiyyətdən yaxa qurtara bilməyib.

Xatırladaq ki, yalnız bir dəfə Kosovonu evdə üstələməyi (87:77) bacaran millimiz cavab oyununda 79:81 hesabla uduzub. İsveçrə ilə isə hər iki oyunda məqlub olub (53:72, 55:85).

Son tur çərçivəsində A qrupunda keçirilən digər matçda Kosovo İsveçrəni qəbul edib.

Bu oyunun nəticəsi nəzərə alınmadan A qrupunda vəziyyət belədir:

İsveçrə - 10 xal, İrlandiya 9 xal, Kosovo, Azərbaycan - hərəyə 7 xal.

İNTİQAM Məmmədov