Məmləkətdə şair işləyənlərin sayı ortabab şairlərdən qat-qat çoxdur. Mənim dünyagörüşümdə şair tamamilə fərqli obrazdır. 100-lərə əsl şair adı çəkə bilərəm. Xülasə...Məmləkətdə şair işləyənlərdən biri də Baba Vəziroğludur. Onun poeziyasını Vahid Əzizin poeziyası qədər "sevirəm." Təsadüfən Vəziroğlunun bir xanımla söhbəti qarşıma çıxdı. Dəyərli dostlar! Görün nə uydurub.
"Umayra xanım adlı bir xanım vardı, indi də o sahədə çalışır, amma daha böyük vəzfədə. O zaman hava proqnozunu oxuyurdu. Mən televizorda ona baxa - baxa bu şeiri düşündüm yazdım.Çünki mən tamam başqa bir aləmdə idim, o hava proqnozunu dedikcə mən tamam başqa bir aləmdə idim. Və öz hava proqnozumu paralel şəkildə belə ifadə etdim.
Havadan danışır bir gözəl xanım
Deyir yağış töküb, qar yağacaqdır
Gah günəş çıxacaq, gah Ay doğacaq
Havalar tutulub, açılacaqdır
P.S. İndi bizim məktəblərin 5-6-cı sinif şagirdləri var ki, belə şair işləyənlərdən gözəl şeirlər yazırlar. Məni təəccübləndirən başqa şey oldu. Vəziroğlu deyir ki, mən tamam başqa bir aləmdə idim. Ağsaqqal şairlər yığışıb bunu danlamalıdır ki, ay Baba sən hansı aləmi deyirsən? Təhtəlşüurunda qəstümun döş cibinə pul basmaq, restoranlarda şeirlə sağlıq demək, nazir şairi olmaq kimi aləm parıldayır. Aləm sözü əsl şairlər üçün tamamilə başqa məna kəsb edir. Qətiyyən qarışdırmaq olmaz.
* * *
Ravan Aliyev
Müəllim, Siz filosofsunuz, bəlkə, dərin düşündüyünüz üçün Sizə belə şeirlər “möhtəşəm” gəlir? Nəzərə alın ki, cəmiyyət zatən bundan başqa “mükəmməlliyi” dərk edəcək düşüncədə deyil. Yaxşı bir fəlsəfi konsepsiya var: Əgər insan bir şeyi birtərəfli başa düşürsə deməli o heç nə başa düşmür.Əlqərəz cəmiyyət heç inanın bu şeiri də başa düşmür
Azad Aziyaf
Nazir şairi - saray şairlərinin çağdaş formasıdır, bəy )) Hər nazir yanında bir şair gəzir
Tərlan Ağazadə
Yarıdıcı insanın azadlığı olmadıqda, yaratdığı əsərlər də sönük, şit alınır. Yaradıcı insan olmaqda bəıkə azad insan olmaqdır.
Orxan Saffari ·
Təsadüfün də beləsi. İndicə Baba Vəziroğlu haqqında yazı hazırlayırdım ki, axşam müəllimin qanını qaraldım, girdim feysbuka, qarşıma çıxan ilk status bu oldu. Fikrim qətiləşdi. Bu gün Baba Vəziroğlu günüdür. Ortababdan aşağı nəğməkar şairə ürək sözlərimi deyəcəyəm))
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.