Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan boksçuları 9 medal qazanıblar

Rumıniyada gənc boksçular arasında keçirilən "Dracula Open" beynəlxalq turnirində Azərbaycan təmsilçiləri 9 medal qazanıblar.

Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

23 ölkədən idmançıların iştirak etdiyi yarışı Azərbaycan komandası 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Komandanın qızıl medalçıları Bilalxabaşı Nəzərov (51 kq), Zidan Qumbətov (54 kq), Sübhan Babayev (57 kq) və Maqomed Cəfərov (+92 kq) olub.

Hikmət Məmmədov (48 kq) gümüş, Bağır Əmirxanlı (60 kq), Abbasqulu Şadlinski (75 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüseynli (92 kq) bürünc medal qazanıblar.

Azərbaycan komandası komanda hesabında ikinci yeri tutub.