Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi basketbol millimizin iki üzvü DÇ-2027-nin seçməsində fərqlənib 

Final mərhələsi 2027-ci ildə Qətərin paytaxtı Dohada keçiriləcək kişi basketolçuların dünya çempionatının birinci təsnifat mərhələsinin seçmə qrup oyunlarına fevralın 23-də baş tutan qarşılaşmalarla yekun vurulub. Qeyd edək ki, 4 qrupda keçirilən və Azərbaycan yığmasının yer aldığı və sonuncu olduğu A qrupundan növbəti mərhələyə  qrupun lideri İsveçrə ilə yanaşı, Rumıniya, Norveç və Avstriya millisi vəsiqə qazanıb. Qeyd edək ki, millimiz qrupda keçirdiyi 6 oyundan yalnız birində qalib gələrək sonuncu yeri tutsa da komandamızın iki üzvü müxtəlif nominasiya üzrə fərqlənənlər arasında yer alıb.

Belə ki, millimizin forvardi Donta Hol hər oyunda təxminən 17,3 xal toplamaqla bu nominasiyada Top-5-i tamamlayıb. Daha bir basketbolçumuz - Orxan Aydın isə bir oyunda 27 xal toplayan (Kosovo ilə görüşdə) oyunçular siyahısında 5-ci olub.

Xatırladaq ki, Azərbaycan millisi öz tarixində ilk dəfə olaraq dünya çempionatının (DÇ) seçmələrində iştirak edib.

İNTİQAM Məmmədov