Liderlər turu qələbəylə bitirib
Kişi voleybolçulardan ibarət klublar arasında keçirilən Azərbaycan çempionatının Yüksək Liqasında 12-ci tura start verilib. Turun ilk günü iki oyun keçirilib. Liderlərlə ortabablarlar arasında baş tutan bu oyunlarda liderlər qalib gəliblər. Çempionatın vahid lideri olan "Murov Az Terminal" "Neftçi" üzərində 3:1 (l25:18, 25:22, 24:26, 25:21), liderin ən yaxın təqibçisi olan "Xilasedici" isə səfərdə MOİK-i quru hesabla məğlub edib - 0:3 (10:25, 19:25, 11:25).
Bu oyunlardan sonra turnir cədvəlində vəziyyət belə olub:
Murov Az Terminal - 30 xal, Xilasedici - 29, Azərreyl - 25, Neftçi - 15, MOİK - 5, Gənclər - 1.
Fevralın 27-də isə qadınların analoji yarısında 13-cu turun oyunları keçiriləcək. Həmin gün "Milli Aviasiya Akademiyası"-"Abşeron"; "Murov Az Terminal"-"Gəncə" və UNEC - "Azərreyl" görüşü olacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)