Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyə klubu Azərbaycan millisinin qapıçısına 1 milyon manatdan çox təzminat ödəyəcək

Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Maqomedəliyevə 1 milyon manatdan çox təzminat ödəməlidir.

Bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) Mübahisələrin Həlli Palatasının qəbul etdiyi qərarda deyilir.

Belə ki, FİFA hazırda "Qarabağ"da çıxış edən 30 yaşlı qolkiperin Türkiyə Superliqa klubuna qarşı şikayətini qismən təmin edib.

Adana Dəmirspor ona ödənilməmiş bonus olaraq 100 min dollar (170 min manat) transfer etməlidir. Bundan başqa, müqaviləyə xitam verildiyi üçün Ş.Maqomedəliyev 607 min dollar (təxminən 1 milyon 31 min manat) məbləğində təzminat alacaq.

Maliyyə sıxıntısı yaşayan Adana klubunun həmin məbləği ödəyib-ödəmədiyi hələlik məlum deyil.

Xatırladaq ki, Ş.Maqomedəliyev 2023-cü ilin yayında “Qarabağ”dan “Adana Dəmirspor”a keçərək iki illik müqavilə imzalayıb.