Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xocalı soyqırımının 33-cü ildönümü Ağcabədidədə qeyd olundu

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Ağcabədidə tədbir keçirilib. Öncə rayondakı “Mərasimevi”ndə rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib. Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB  aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının  rəhbərləri, YAP Ağcabədi rayon təşkilatının sədri və media nümayəndələri  iştirak ediblər.
Şəhidlərimizin ruhna dualar oxunduqdan sonar icra başçısı Rafil Hüseynov çıxış  edib. O, qeyd edib ki, ilbəil Xocalı soyqırımının baş verdiyi gün bizdən uzaqlaşsa da, Xocalı bizə daha da doğmalaşır. Bu soyqırımı xüsusi amansızlıqla həyata keçirilmişdi. O dəhşətli günü heç vaxt unutmayacağıq. Amma bir təsəllimiz varki,     artıq Xocalı azaddır.İşğaldan azad olunmuş digər ərazilərimiz kimi Xocalıda da bərpa, quruculuq işləri görülür. Ölkə başçısının Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksin yaradılması ilə bağlı sərəncam imzalamasından da sözaçan rayon rəhbəri bu kompleksin faciə qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi, həmçinin soyqırımı həqiqətlərinin  beynəlxalq səviyyədə  tanıdılması  məqsədi daşıdığını qeyd  edib.
Çay süfrəsi arxasında keçirililən görüşdə müəyyən fikir mübadiləsi aparılıb, faciə qurbanlarının  xatirəsinə ehtiram  ifadə  olunub.
Sonra tədbir iştirakçıları Ağcabədi Qəhrəmanlar parkını ziyarət ediblər. Şəhidlərimizin ruhuna dualar  oxunub, abidə  kompleksinin  önünə tər çiçəklər  düzülüb.
Qeyd edək ki, rayon sakinlərinin iştirakıilə ziyarət gün boyu davam etdirilir. 

Mais  İbrahimov