Dördü qalib gəlib, biridə...
Montoneqronun Petrovatse şəhərində gənc oğlan və qızlar (U-20) arasında şahmat üzrə dünya çempionatına start verilib. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olacaq bu mundialda Azərbaycan ikisi oqlan, üçü qız olmaqla 5 şahmatçı ilə təmsil olunur. Qeyd edək ki, təmsilçilərimizdən Xəzər Babazadə, Şiroqlan Talıbov, Ayan Allahverdiyeva (ötən ilin analoji yarışının bürünc mükafatçısı) və Nərmin Abdinova mundialın start turunu qələbə ilə başa vurub. Yalnız Lalə Əliyevanın startı uğursuz olub.
İNTİQAM Məmmədov