Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpressAZ-in arxivindən: 2023-cü il

Futbol

------------

"Santyaqo Bernabey" dünyanın ən yaxşı stadionudur

"Four Four TWO" portalı dünyanın ən yaxşı 32 stadionunu müəyyənləşdirib. Seçim edərkən əsas prinsip olaraq, stadionun tarixi, estetik görünüşü və tribunaların atmosferi nəzərə slinib. Bu prinsiplər əsasinda planetin ən yaxşı stadionları siyahısında birinci yeri İspaniyanın paytaxtı Madriddə yerləşən və "Real" klubunun ev oyunlarını keçirdiyi "Santyaqo Bernabey" stadionu tutub. Qeyd edək ki, hələ 2019-cu ildən yenidənqurma işləri başlayan "Santyaqo Bernabey"da tikinti işləri 2023-cu ildə də davam edib. Hazırda stadionun dəyəri 525 milyon avro civarındadır. 

Siyahıda ikinci yeri Braziliyadakı "Marakana" stadionu ("Flamenqo", "Fulminense" və Vasko da Qama" klubunun ev oyunları keçirilir) tutur.

Dortmund "Borussiya"-inin ev oyunları keçirdiyi "Siqnal İduna" stadionu ilk üçlüyü tamamlayır.

Top-10-da yer alan diğər stadionların sıralanmasi belədir:

4. "Bombonera" ("Boka Xuniors");

5. "San-siro" ("Milan" və "Inter"-in ev oyunları);

6. "Kamp Nou" ("Barselona");

7. "Monumental Antonio Vestudio Liberti" ("River Pleyt");

8. "Atsteka" ("Krus Asul", "Amerika");

9. "Tottenham Xotspur Stedium" ("Tottenhem";

10. "Aybroks " ("Reyncers").

Siyahıda Münhen (Almaniya) təmsilçisi "Bavariya"-nin ev oyunları keçirdiyi "Alyants Arena " 11-cidir. İngiltərə millisinin oynadiqi "Uembli" stadionu siyahıda 12-ci, "Liverpul" klubunun stadionu "Enfild" isə 15-ci yerdədir.

İNTİQAM Məmmədov