Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xocalı faciəsi qurbanları anılıb - MASALLIDA

 

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Masallı rayonunda soyqırım qurbanlarının xatirəsi ehtiramla anılıb.
Masallı şəhər “Qəhrəmanlar parkı”nda, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə təşkil olunan anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, şəhid ailələri, əmək və müharibə veteranları, ictimaiyyət nümayəndələri abidə-kompleksi önünə tər gül dəstələri düzərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının xatirəsini dərin hüznlə yad edib, onların ruhuna dualar oxuyublar.
Saat 17:00-da rayon ərazisində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Akif AĞAYEV