Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Müsavat Partiyasından İctimai Televiziyaya MÜRACİƏT

Müsavat Partiyası İctimai Televiziyadan efir vaxtı istəyir. Bu barədə partiyanın başqanı İsa Qəmbər bildirib.

Onun sözlərinə görə, fevralın 24-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub.

“Müsavat Divanı İctimai Televiziyadan ölkə qanunvericiliyə əsasən, partiyaya həftədə 3 dəfə 30 dəqiqə vaxt ayrılmasını istəyir. Bununla əlaqədar İctimai TV-nin rəhbərliyinə rəsmi müraciət göndərilməsi qərara alınıb”, - İsa Qəmbər deyib.