Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Qızıl Xaç” Bakıdakı ermənilərə baş çəkib 
Fevral ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

***

12:50

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları hazırda Bakıda məhkəməsi davam edən təqsirləndirlən ermənilərə baş çəkiblər.

Bunu “Sputnik Ermənistan”a müsahibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni deyib.

Onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb.

Görüşlər təkbətək söhbət formatında baş tutub.

Qeyd edək ki, bundan əvvəlki səfər 2025-ci ilin yanvarında olub.

Xatırladaq ki, hazırda Bakıda məhkəməsi davam edən ermənilər arasında qondarma “Artsaxın hərbi-siyasi rəhbərliyi”nə daxil olan Ruben Vardanyan, Levon Mnatsakanyan, Davit Manukyan, Davit Babayan, Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digələri var.