Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rasim İsmayılov: 

Doğrudanmı 21-ci əsrdə ciddi bir peşə sahibləri incəsənətə belə prizmadan baxır?

Yazıçıların, dramaturqların, ssenaristlərin nəzərinə!

Qara gününüzü qablaşdırın!

Vəkillər Kollegiyasının İTV-də yayımlanan serialdakı mənfi vəkil obrazının digər obraz tərəfindən söyülməsi ilə bağlı bəyanatını oxudum. Həm də 5-6 dəfə. Vallah, əlim üzümdə qaldı. İlahi, doğrudanmı 21-ci əsrdə ciddi bir peşə sahibləri ədəbiyyata, kinoya, teatra, ümumiyyətlə incəsənətə belə prizmadan baxır? Ümumiyyətlə, bu yanaşma mənim beynimin hüceyrələrində ərimədi, həll olunmadı, reaksiya qazanmadı. Elə bil beynimə yadplanetlilərin siqnalı daxil oldu və bütün mərkəzlər tərəfindən qovuldu. Yeganə yol onu gördüm ki, daha ssenaristlər, yazıçılar, dramaturqlar mənfi obrazlar yaradanda Yer planetində olan peşələrlə məşğul olan adamlara müraciət etməsinlər. Əgər mənfi obraz yaradırlarsa həmin obrazın heç bir peşəsi olmasın, avaragur, veyil, işsiz-gücsüz bir adam olsun ki, onun peşə yoldaşları narahat olmasın. Vəssalam. Ya da yadplanetlilərlə əlaqəyə girib Yer planetində olmayan peşələrdən birini seçsinlər yaratdıqları obraz üçün. Bu yerdə Puşkin yadıma düşdü. Dantes insafən şairi öldürməklə bərabər, həm də həyasız bir qövmün əlindən xilas ediib. Çünki Puşkin yarımçıq qalmış "Tazit" poemasında çərkəz ata obrazının dili ilə qardaşının qisasını almayan oğlunu qınayır, hətta lənətləyir: “sən qorxaqsan, sən köləsən, sən erm*nisən” deyir. Təsəvvür edin ki, erm*ənilər yığışıb Puşkini məhkəməyə verir.

* * *

Elbrus Guliyev

Belədi Cavan oğlan. Kimdə nə yoxdu onun davasın edir.

O vəkillərin özünə vəkil lazımdı...

Икрам Алиев

Uzun illərdir ssenari yazarkən bunun problemini yaşayıram. Hər peşədə, hər sənətdə yaxşı olduğu kimi pis də var. Ümumiyyətlə, dünyada pislər yaxşılardan, yaxşılar pislərdən çox olsa - xaos yaranar fikrindəyəm. Biz özümüz yaxşının çox olmasını arzulayır və belə düşünürük ki, xeyir şərdən güclüdür və yaxşılar çoxdur... Hələ bir dəfə görməmişəm ki, "bir peşə sahibinin pis əməllərindən yazasan və onun iş yoldaşları həmin adamı tənqid etsin, qanun çərçivəsində cəzasını versin, sıralarını həmin pisdən təmizləməyə səy göstərsin" fikrinə müsbət yanaşılsın. "Bizdə belə əməkdaş ola bilməz", vəssalam... Nə yaradıcı, nə də ümumi inkişafdan söhbət gedə biıməz bu baxış prizmasıyla...

Rübabə Səməndər Runa

Əslində film də sənət əsəri deyil, amma bizim vəkillər də mələk deyil.)) Yeri gəlmişkən, haylar məlum misraları başqa cür təhlil edir.)))

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.