Cavadxan Qasımov:
Naxçıvan Dövlət Universiteti: daha kreativ hədflərə doğru
Naxçıvan Dövlət Univesitetinin davamlı islahatlar müstəvisində həyata keçirmiş olduğu layihələr yeni və uğurlu səhifələrlə müşayiət olunmaqdadır. Bunlardan birini də TEDx tədbirinin keçirilməsi ilə bağlı olacaq. TED və TEDx ilə bağlı olan araşdırmalarla məşğul olaraq, belə qənaətə gəlmək olar ki, hər iki anlayış, nəzəri biliklərlə, təcrübənin vəhdətindən ibarət olan proseslərin sərbəst ideyalar və təşəbbüslər müstəvisində düzgün, səmərəli və uğurlu nəticələrini ortaya qoymaqdan keçir.
TED, hər şeydən əvvəl, ingilis dilində Technology Entertainment Design, yəni, Texnologiya, Əyləncə və Dizayn kimi mühüm sahələrin birləşməsindən ibarət olan fəaliyyət sferasını ifadəsinə almaqdadır. Bu, ilk olaraq, 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan, şəxsi qeyri-kommersiya fondudur.
TEDx isə bir sıra araşdırma vasitələrində çoxistiqamətli mənalandırmalar ilə birlikdə, eyni zamanda, “paylaşmağa dəyər ideyaların” yer almış olduğu yerli bir layihə olaraq çıxış etməkdədir. Belə bir yanaşma ilə TED, malik olduğu davamlılığı ilə TEDx-i ortaya çıxarmış olur ki, burada da, şəxslər və strukturlar malik olduğu yerli TED kimi tədbirləri gündəmə gətirə bilirlər. Məhz TEDx ifadəsindəki "x" isə müstəqil şəkildə təşkil olunan TED tədbirlərinin yeni yaradıcılıqlara, nailiyyətlərə yer verən uzunmüddətli və səhifəli proseslərin təşkil olunmasından ibarət görüntüsü olmaqdadır.
TEDx, təqdim olunan lisenziya əsasında konfransların təşkili və ideyaların paylaşılmasında çoxillik təcrübəyə malik olmaq demək olur. Buradan da aydın olur ki, TED və TEDx mahiyyətinə və yaratdığı imkanlara görə, mövcud olduğu bütün dövrülər üzrə yaradıcılıq imkanları gətirməkdədir. TEDx sahəsində ortaya qoyulan layihələr iştirakçılara 500-ə yaxın TED video çoxluğunun potensialı, bu sahədə həyata keçirilmiş olan tədbirlərin aparıcıları və həmçinin çıxışları ilə birlikdə, daha modern təşəbbüslər, ruhlandırıcı mövzular və maraqlı söhbətlərlə zənginləşdirilmiş mühitin nümayəndələri olmağa zəmin yaratmış olur. Demək olar ki, TEDx layihələri yalnız müasir təşəbbüslərin izah olunduğu, motivasiya olunmaq və biliyin şaxəli olunduğu mühitlər olmaqla birlikdə, həmçinin ruhlandırıcı videoların paylaşılması ilə məşhurdur.
TEDx layihəsinin mahiyyətini həm də, elmi və pedaqoji sahənin perspektivləri ilə səmərəli müşayiət etmək olar. Göstərmək olar ki, TED qarşılıqlı müzakirələr şəraitində videolar vasitəsilə, canlı və yaradıcı mühazirələrin oraya qoyulmasını nəzərdə tutur.
Geridə qalan dövrlər üzrə Naxçıvan Dövlət Universitetinin bu kimi layihələr üzrə uğurlu təcrübəsinin şahidləri olmuşduq. Yenicə rastlaşdığımız STEAM layihələrinin gerçək olmasında ali məktəbimizin əldə etmiş olduğu uğurlar, xüsusilə də, STEAM Mərkəzinin yaradılması, bu sahədə daha mütərəqqi mərhələnin keçilmiş olduğunu qeyd etməyə əsas verir. Dövrün və inkişaf perspektivlərinin daha çox, innovasiyalaşan, texnoloji təsisatlara yer verən və alternativ imkanların daha da şaxələnmiş olduğu mərhələdə STEAMla müşayiət olunan proseslərin TEDxlə davam etməsini də yeni keyfiyyət mərhələsi olaraq ifadə etmək olar. Təbii olaraq, bu proseslərdə, universitetimizin ərazisində inşa olunan, Texnologiyalar Parkı üzrə layihələrin də səmərəsi və gələcək perspektivləri çox faydalı olacaq.
Bu proseslər müəllim və tələbələrin daha yaradıcı tədris proseslərinə stimullaşmasında mühüm yardımçı vasitə olacaq və nəticə etibarı ilə davamlı islahatlara öz töhfəsini verəcək. Xeyirli olsun.
.jpg)