Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Oyunların vaxtı və məkanı açıqlanıb 

Sayca 6-cı dəfə keçirilməsi nəzərdə tutulan növbəti İslam Həmrəyliyi Oyunları 7-21 noyabr günlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək. Xatırladaq ki, 2005-ci ildə baş tutan ilk Oyunlar isə bu ölkənin Məkkə şəhərində keçirilib. İkinci Oyunlar İranda keçirilməli idi. lakin bu ölkə son anda Oyunlara ev sahibliyi etməkdən imtina etmişdi. Nəticədə ikinci Oyunlar baş tutmamışdı. Üçüncü Oyunlar 2013-cu ildə İndoneziyada baş tutub. Dördüncü İslam Həmrəyliyi Oyunları 2017-ci ildə Azərbaycanin paytaxtı Bakıda, beşinci isə 2021-ci ildə Konyada (Türkiyə) keçirilib.

İNTİQAM Məmmədov