Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Avropa Voleybol Konfederasiyasının nümayəndə heyəti Bakıya gəlib

Avropa Voleybol Konfederasiyasının (CEV) nümayəndələri Bakıya gəlib.

Təşkilat komitəsinin nümayəndələri və CEV-in yayım hüquqlarını daşıyan partnyoru “İnfort” şirkətinin əməkdaşları 2026-cı il Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq üçün Bakıya gəliblər.

Qonaqlar oyunların keçiriləcəyi Milli Gimnastika Arenasına, eləcə də voleybolçuların yerləşəcəyi otellərə baş çəkiblər.

Xatırladaq ki, Bakıda Milli Gimnastika Arenasında Avropa çempionatının bir qrupunun oyunları keçiriləcək. Müsabiqə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. AVRO-2026-da Avropanın 24 ən yaxşı komandası dörd qrupda mübarizə aparacaq. Qrupun digər oyunlarına Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.