Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub
Azərbaycan şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Ölkə Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 11 turdan ibarət dairəvi sistem üzrə keçirilən yarışda təmsilçimiz bütün rəqiblərini qabaqlayıb.
Son turda qələbə qazanan E.Səfərli 8,5 xal toplayaraq birinci yeri təmin edib.