Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev: 

Müşahidə etmək haqqında

(esse)

İnsan, hərdən, öz içinə çəkilə bilməli və hadisələri kənardan, sadəcə, müşahidə eləməlidir. Qoy hadisələr, proseslər öz axarı ilə getsin, onun heç bir iştirakı, təsiri olmadan keçsin.

İnsan çalışıb özü haqda yüksək fikirdə də olmamalıdır, onsuz da onun hadisələrə, olanlara təsiri çox cüzidir.

İştirakı ilə o, kimi nəyə inandırb, kimi fikrindən daşındıra bilib ki? Amma bunları etməyə çalışanda o, nə qədər təəssüf hissi, kədər, qəm, qüssə yaşayıb.

Əslində bütün olanlar, insanların

təfəkküründədir. Elə “mən” dediyi, “mən” kimi hiss etdiyi də onun öz təfəkkürünün məhsuludur.

İnsan bilməlidir ki, yalnız müşahidə anında özünü xoşbəxt hiss edə bilir.

Aktyorlar xoşbəxt ola bilmirlər çünki, bütün vaxtları prosesə sərf olunur, yalnız tamaşaçılar xoşbəxt ola bilirlər, çünki müşahidə halındadırlar.

Aktyorlara da təbii ki, dayanıb özlərini qıraqdan müşahidə edən anda, xoşbəxtlik payı düşür.

Hərdən müşahidəçi olun, müşahidəçi xoşbəxtliyini dadın.

Hümbət Həsənoğlu