Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlaması ilə bağlı fətva verib
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.
Bu barədə Qurumun Ramazan ayında gündəlik namazların, imsak-iftarların vaxtını əks etdirən xüsusi təqvimində deyilir.
Ramazan ayının Qədr (Əhya) gecələrinin tarixləri də açıqlanıb.
Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecəyə, yəni martın 18-nə təsadüf edir.
Qalan Qədr gecələri martın 20-nə (Ramazan ayının 20-dən 21-nə keçən gecə), martın 22-nə (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və martın 26-na (Ramazan ayının 26-dan 27-nə keçən gecə) düşür.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq və Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.