Bakıda ucuz alkoqol daha bir can aldı
Bakıda bir nəfər spirtli içkidən zəhərlənərək ölüb.
Fevralın 26-da Səbail rayonu A.İsmayılov küçəsindəki evdə yaşayan Z.Əliyev (1970-ci il təvəllüdlü) spirtli içkidən zəhərlənərək ölüb. Mərhumun hansı içki içdiyi məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Yada salaq ki, son günlər Bakıda 18 nəfər istehsalat spirtindən zəhərlənərək dünyasını dəyişib. Ölüm halları paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonlarında qeydə alınıb.