AZpressAZ-in arxivindən: 2023-cü il
İran kosmosa insan GÖNDƏRƏCƏK
İran yaxın 5 il ərzində kosmosa insan göndərməyi planlaşdırır.
Bu barədə İslam Respublikasının informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur deyib.
“İnsanı və ya digər canlı məxluqu kosmosa göndərmək üçün xüsusi biokapsul yaratmaq lazımdır və biz indi bu prosesin ilkin mərhələsindəyik”, - deyə rəsmi bildirib.
Onun sözlərinə görə, yaxın aylarda yeni biokapsülün sınaqlarının keçirilməsi planlaşdırılır.