Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABŞ-də transgenderlərin hərbi xidmətdən tərxisinə başlanılır

ABŞ ordusu 30 gün ərzində transgenderləri xidmətdən azad etməyə başlayacaq.

TASS-a istinadən xəbər verilir ki, bu barədə Pentaqonun xidməti qeydində bildirilir.

"Nazirlik yalnız iki cinsi tanıyır: kişi və qadın. İnsanın cinsi dəyişməzdir. Bütün hərbi qulluqçular yalnız cinsinə uyğun xidmət edəcəklər", - deyə sənəddə qeyd olunub.

Bildirilir ki, konkret şəxslər üçün istisna məsələsinə yalnız fərdi qaydada və müəyyən hallarda baxıla bilər.