Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan Kuboku: "Qarabağ" yarımfinala yüksəlib

“Qarabağ” futbol klubu Azərbaycan kubokunun yarımfinalına yüksəlib.

Baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 1/4 final mərhələsinin cavab oyununda “Səbail”lə qarşılaşıb.

Ağdam təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib. 13-cü dəqiqədə “atlar”dan Musa Qurbanlı hesabı açıb. Cəmi iki dəqiqə sonra Rüfət Abdullazadə tarazlığı bərpa etdi. 43-cü dəqiqədə “Matroslar”ın futbolçusu Emin Rüstəmov avtoqola imza atıb. 55-ci dəqiqədə Nəriman Axundzadə paytaxt klubunun qapısına üçüncü qolu göndərib.

Hazırkı ölkə çempionu ilk görüşdə də 1:0 hesabı ilə qalib gəlib. "Qarabağ" yarımfinalda "Zirə" - "Araz" - "Naxçıvan" matçının qalibi ilə qarşılaşacaq (ilk oyun - 0:1).

"Sumqayıt" - "Sabah" matçı bu gün saat 19:30-da başlayacaq.

Qeyd edək ki, 1/4 finala sabah baş tutacaq iki qarşılaşma ilə yekun vurulacaq.