Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bako Saakyan: İstintaq zamanı mənim bütün hüquqlarım təmin edilib

Bakı Məhkəmə Kompleksində hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin ifadəsi dinlənilib.

Ermənistanın Azərbaycan tərəfinə açdığı təcavüzkar müharibə nəticəsində Azərbaycana və Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərdə iştirakda ittiham olunan Bako Saakyan ibtidai istintaq zamanı onun bütün hüquqlarının təmin olunduğunu bildirib.

“2023-cü il oktyabrın 3-də biz - Arkadi Qukasyan və mən Qarabağdan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına aparıldıq. Həmin gün Azərbaycan Respublikası mənim hüquqlarımı müdafiə etmək üçün Bakı şəhəri 12 saylı Hüquq Bürosuna Nigar Mirbabayevanı vəkil təyin etdi. Mənə tərcüməçi də verildi.

İstintaq zamanı müstəntiq suallara tam cavab vermək üçün bütün hüquqlarımı təmin etdi. Mən də öz fikrimi bildirmək, fikrimi təqdim etmək imkanım oldu. İstintaqın əvvəlində mən bildirdim və indi də eyni bəyanatı vermək istəyirəm ki, bu münaqişə, bu əhvalat cinayət və ya məhkəmə istintaqının predmeti deyil. “Mən bu fikri bildirərkən nə məhkəmənin, nə də istintaqın səlahiyyətlərini şübhə altına almamışam”, - deyə B.Saakyan bildirib.