Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Fənərbaxça" və "Qalatasaray"ın baş məşqçiləri diskvalifikasiya edilib

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Okan Buruku 1, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonu isə 4 oyunluq cəzalandırıb.

Hər iki məşqçi ölkə çempionatının 24-cü turunda “Rams Park” stadionunda keçirilən İstanbul derbisindəki davranışlarına görə diskvalifikasiya olunub.

Okan Buruk oyunsonrası mətbuat konfransında səsləndirdiyi qeyri-etik ifadələrə görə, Joze Mourinyo isə final fitindən sonra hakimlərin soyunub-geyinmə otağına daxil olaraq kobud ifadələr işlətdiyi üçün cəzalandırılıb.

“Fənərbağça”nın növbəti iki səfər matçını azarkeşsiz keçirməsi də qərara alınıb.

"Qalatasaray" - "Fənərbağça" matçı qolsuz başa çatıb.