Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçumuz Turan Bayramov Daşkənddə ikinci yeri tutub

Bu gün Özbəkistanin paytaxtı Daşkənddə dünya cüdo seriyasından olan Böyük Dəbilqə turnirinə start verilib. Üç gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla 23 ölkəni təmsil edən 242 tatami ustası mübarizəyə qatılıb. Qeyd edək ki, ölkəmiz bu turnirdə 2 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunub. Hər üç cüdoçumuz turnirin start günü tatamiyə çıxıb. Triomuzdan yalnız Turan Bayramov (60 kq) daha yaxşı mübarizə apararaq çıxışını ikinci yerdə başa vurmaqla gümüş medal qazanıb. Xatırladaq ki, Bayramov mübarizəyə qatıldığı 1/8 finalda Çin, 1/4-də Tacikistan, yarımfinalda isə ev sahibini məğlub edərək finala yüksəlib. Təəssüflər olsun ki, Bayramov son final görüşündə İJF təmsilçisi Ayub Əliyevə uduzub. 

Bu çəkidə tatamiyə çıxan digər təmsilçilərimiz Balabəy Ağayev elə start görüşündəcə (1/8 final) uduzaraq çıxışını erkən başa vurub.

66 kq çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz Yaşar Nəcəfov da çıxışını ilk görüşdəcə (1/8 final) məğlub olaraq, turnirlə erkən və əliboş başa vurub.

Yeri gəlmişkən, turnirdə hər çəkidə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq, 1000, 700 və 500 reytinq xalı qazanmış olacaq.

İNTİQAM Məmmədov