Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

MÜŞFİQ ƏLƏSGƏRLİ:

Beynəlxalq Media Forumunda media üzrə son qlobal çağırışlar

Fevralın 19-dan 24-nə qədər Ər-Riyad şəhərində Səudiyyə 4-cü Beynəlxalq Media Forumu keçirilib. “İnkişaf edən dünyada media” devizi ilə keçirilən Forum çərçivəsində 80-dən çox panel müzakirə və seminarlar təşkil edilib.

Səudiyyə 4-cü Beynəlxalq Media Forumunda media üzrə son qlobal çağırışlar müzakirə edildi. "Texnoloji tətbiqlər  fonunda dəyişən media mənzərəsi" barədə aydın  təsəvvür formalaşdırmağa çalışdılar. "Texnologiya nəhəngi" adlandırlan şirkətlərin təmsilçilərinin Forumda iştirakı müzakirələrin effektiv alınmasına yardım göstərdi.
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı son texnoloji yenilikləri öz ərazisində bütün sahələr üzrə tətbiq etməyə təşəbbüs göstərir. Bu özünü Ər-Riyadın nəqliyyat infrastrukturundan başlamış ticarət mərkəzlərinə qədər hər yerdə göstərir